İnsanın Əsl Mahiyyətini Necə Bilmək Olar

İnsanın Əsl Mahiyyətini Necə Bilmək Olar
Hər hansı bir insanı dərhal tanımaq çətindir. Nədən ki, çoxları yüzlərlə maska arxasında gizlənməyə çalışır.

Kimsə özünün əsl mahiyyətindən çəkinir, kimsə öz xəyaında yaratdığı dona girərək mənfəət əldə etməyə çalışır, kimisi isə sadəcə qorxudan avtomatik olaraq yalan danışır. İstənilən halda, əgər sən digər insanlarla normal ünsiyyət saxlamaq istəyirsənsə həqiqəti yalandan ayırmağı bacarmalısan. Bu gün biz bunu öyrədəcəyik.

Sən asanlıqla aldana bilərsən

Tutaq ki, sən gözəl bir qızla tanış olub, onunla nə barədəsə danışmaq istəyirsən. Ola bilsin ki, sənin birinci fikrin "mənə çox gözəl yaraşır" kimi səslənəcək. Amma yadında saxla ki, bütün bunlar sənin düşündüyünün əksi ola bilər: Qəşəng paltarı, xoş ətir qoxusu, yaxşı söhbət seçmək bacarığı vardır. Lakin uzunmüddətli perspektivdə bütün bunların əhəmiyyəti yoxdur.

Onun əsl mahiyyətini ifşa edəcək dönüş nöqtəsi mütləq olacaq və bu səni zədələyəcək. Bu kimin həyatında desən baş verə bilər

Xoş sima, xoş xasiyyət şəxsin heç də kimliyini müəyyən etmir. İnsanın kimliyini problemli, hansısa ekstremal vəziyyət olanda bilirsən. Onda başa düşürsən ki, aldanmısan ya yox.
Başqalarında yaxşı təəssürat oyatmaq lazım gələndə çoxları səmimiyyət, sədaqət, şərəf və ləyaqət hissini unudurlar. Əsas nəticədir, düzdür? Bax, hamı da nəticəyə işləyir.

Sonda sən tamamilə başa düşürsən ki, sənin qarşında kim dayanıb: Yaxşı insandır, ya yox. Bir fikri yadında möhkəm saxla: əgər kiməsə səndən nə isə lazımdırsa o zaman o bu və ya digər şəkildə yalana əl atacaq.
Heç kim istəmir ki, qəfldən baş vermiş vəziyyətin təsiri altında yaxını, işgüzar tərəfdaşı, həmkarı və ya dostunun əsl iç üzünü görərək ona qarşı münasibəti ciddi şəkildə dəyişsin: Bax sən dostunun əlini sıxdın, sonradan isə başa düşürsən ki, düşmən əlini sıxmısan.
Sanki heç nə baş verməyib, yalnız kimsə sözün əsl mənasında öz simasını göstərdi. Lakin biz bu məqamı gözləməmək və hər şey gec olmasın deyə insanları elə ilk görüşdən tanimağa çağırırıq. Bunu anlamaq "üç şəxsi üzün" köməyi ilə mümkündür.

Zahiri üz

Bu bizim zahirdə göstərdiyimiz öz həqiqi üzümüzdür. Bu düşüncəmizdə elə bir obrazdır ki, zərurət olduqda ona görə özünü göstərir ki, bizim haqqımızda bizim istədiyimiz fikri formalaşdırsın.
Biz ilk görüş, tanış olmayan toplantı, söhbət, işgüzar görüş zamanı bu vəziyyətdə oluruq. Bu obraz bizi "uğurlu" edir. Ən azından biz belə hesab edirik.

Orta üz

Bu üz həyatımıza daha yaxındır. O, ağlımızı işlətməklə ünsiyyət vasitəsilə yaradılır. Əgər insanlar səndən nəsə soruşurlar, sən də öz fikirlərini onlarla bölüşürsənsə, onda söhbət fikrində bu cür formalaşmış olur. 
Məsələn, işdə biz müəyyən işçi etikasına uyğun olaraq həmkarlarımızla danışırıq. Dost və yaxınlarımızla belə dabışmırıq. Yəni peşəkar şərait bizi bu və ya digər şəkildə yalan danışmağa məcbur edir, lakin bu, sosial cəhətdən məqbuldur.

Müşahidə et 
 
Adamları yaxından tanımaq üçün onların vərdişlərinə diqqət etmək lazımdır. Buna xüsusi diqqət ayırmaq lazımdır ki, tanımaq istədiyimiz şəxs onun fikri ilə razılaşmayanlarla necə ünsiyyət qurur. Onun sözlərində riyakarlıq görmürsən? Və ya həmsöhbətini manipulyasiya etdiyini görmürsən? Həmin şəxs arxada başqaları haqqında nə deyir?

Sınağa çək
 
Ağıllı rəhbər ilk həftələrdə işcilərin stressə qarşı davamlılığını yoxlayır. Onlar belədə başa düşürlər ki, daha məsul tapşırıqları işçiyə  etibar etmək olar, ya yox. Əgər çatışmazlıqlar ilk günlərdə artıq özünü göstərirsa belə işçi olmadan ötüşmək daha yaxşıdır, çünki heç vaxt bilmirsən ki, hansı vacib işləri təsadüfi şəkildə bu adama etibar edə bilərsən.
Başqa sözlə, sən tanışlığın ilk günlərindən işdə qeyri-normal şərait yaradaraq onu sınamalısan. Niyə? Ona görə ki, insanlar qeyri komfort şəraitdə əsl üzlərini göstərirlər.

Suallar ver

Daha çox sual verməkdən çəkinmə. Xüsusilə elə suallar ver ki, hər şeyi dərindən yaxşı-yaxşı fikirləşsin. Əgər şəxsi məsələlər barədə soruşmaqdan çəkinirsənsə, onda əxlaqi mövzuda sual ver.
Bu cür sualların köməyi ilə şəxsiyyətin mənəvi simasını müəyyən etmək olar. Əgər sən yeni bir qızla tanış olursansa, onda ona əvvəlki münasibətləri barədə sual verərək ondan cavab al və ümumi reaksiya sənə çox şey deyə bilər.

OXŞAR XƏBƏRLƏR