İnsan namaz qılıb bitirəndən sonra...

İnsan namaz qılıb bitirəndən sonra...
Namaz qılan şəxsin libası üçün qoyulmuş şərtlərdən ən mühümü libasın nəcasətdən pak olmasıdır. Qəsdən və ya səhlənkarlıq üzündən murdar libasla namaz qılmaq olmaz və bu namaz batildir. Amma əgər namazdan əvvəl libasının pak olduğuna yəqinliyi varsa, namazdan sonra bilsə ki, libası murdar imiş, - bu halda qıldığı namaz pak hökmündədir, amma növbəti namaz üçün libasını pak etməlidir.

Sfera.az islam.az-a istinadən bildirir ki, paklıq hökmü geyimə aiddir. Geyim sayılmayan, amma geyilən əşyaların nəcasətə bulaşması namaza mane olmaz. Məsələn, insanın başındakı araqçın, cibindəki dəsmal, ayağındakı corab nəcasətə bulaşıbsa, bu halda namaz düzgündür. Eləcə də, əgər libasda üst-üstə bir dirhəm həcmində (yəni şəhadət barmağının axır bəndi, yəni üçüncü falanqası boyda) yara qanı varsa, o libasla namaz qılmağın eybi yoxdur. Amma bir dirhəm həcmindəki bu qan mütləq yaradan çıxmış qan olmalıdır, heyz, istihazə kimi qanlar olmamalıdır.


OXŞAR XƏBƏRLƏR

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...