İnsan dünyasını dəyişən kimi niyə gözlərini,çənəsini,əl-ayağını bağlayırlar?- Səbəbi ağlınıza gəlməz belə...

İnsan dünyasını dəyişən kimi niyə gözlərini,çənəsini,əl-ayağını bağlayırlar?- Səbəbi ağlınıza gəlməz belə...
 İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar? Niyə ölünün burun, ağız və qulaq dəliklərinə pambıq qoyulur?


Sfera.az islam.az-a istinadən bildirir ki, Risalələrdə də yazıldığı kimi, insan dünyasını dəyişəndən dərhal sonra müstəhəbdir ki, yaxınlıqda olan şəxslər cənazənin gözlərini və ağzını bağlasınlar. Eləcə də, ölünün çənələrini bir-birinin üzərinə sıxıb, çənənin altından təpəyə doğru nazik ip zolağı ilə bağlayırlar. Cənazənin əl-qolunu da düz açırlar. Qollarını bədənin yanına, ayaqlarını da bir-birinə yüngülcə sıxıb bağlayırlar. Bunu ona görə edirlər ki, can bədəndən çıxdıqdan sonra adətən bədənin əzələləri keyləşib bərkiyir və ölü hansı vəziyyətdə dünyasını dəyişibsə, bədən üzvləri həmin vəziyyətdə qalır. Əzələlər bərkiyəndən sonra çənəni bağlamaq, əl-ayağı düzəltmək çətin olur. Eləcə də, bəzi ölüm hallarında baş verən daxili qanaxma nəticəsində ölünün ağzından qan və köpük gələ bilər deyə, çənəsini bağlayırlar. Qüsldən sonra da ölünün ağzına, burun, qulaq və bağırsaq dəliklərinə pambıq qoyurlar ki, qanaxma və ifrazat olmasın, kəfən bulaşmasın 

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...