\"İnşaatçılar\"ın 1-ci vestibülü təmirə dayanır

\

Metronun "İnşaatçılar" stansiyasının 1-ci vestibülü təmirə bağlanır. 
Sfera.az xəbər verir ki, bu barədə çəlumatı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev yayıb.
Qurum rəsmisi bildirib ki, 1986-cı ildə istifadəyə verilmiş "İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olduğundan stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin, həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb:
"Bunları nəzərə alaraq "İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq, sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. 2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunub və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq. "Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, "İnşaatçılar” stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül ("20 Yanvar” tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq".
N.Paşayev bildirib ki, I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər. "Bakı Metropoliteni” QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.


OXŞAR XƏBƏRLƏR

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...

Qazimiz Türkiyədə faciəvi şəkildə ÖLDÜ - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, əmisi il...

Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA: "Cinayətin bütün iştirakçılarını..."

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı son məlumatı açıqlayıb.   Sfera.az bildirir ki, dö...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...