Çinin keyfiyyətsiz mexaniki sayğacları yenə qapımızı döyəcək... - Ekspert RƏYİ

Çinin keyfiyyətsiz mexaniki sayğacları yenə qapımızı döyəcək... - Ekspert RƏYİ
""Azəriqaz”ın yenə də mexaniki sayğaclar arxasınca Çinə müraciət etməsinin səbəbi çox sadədir. Belə bir olay rəsmi təsdiqini taparsa, söhbət yenə də Çindən daha ucuz mal alıb, onu daha baha rəsmiləşdirməkdən gedəcək”.
 
Sfera.az-a açıqlamasında bu sözləri "Azəriqaz”ın Çindən mexaniki qaz sayğacları alacağına dair sosial şəbəkələrdə yayılan fikirlərə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
 
"Bütün dünya artıq elektron sayğaclar sisteminə keçib. Hətta indi dünyada mobil telefonlar vasitəsilə distansion olaraq sayğacların idarə olunması qaydaları tətbiq olunur. Yəni bu proses də müasir texnologiyalardan istifadə olunmaqla öz həllini tapır. Evdə mexaniki olaraq sayğaca heç bir müdaxilə etmədən, sayğacın göstəricilərinə nəzarət etmək, mobil telefon və ya bank kartı vasitəsilə ora pul yükləmək, davamlı şəkildə təchizatı təmin etmək üçün indi geniş imkanlar yaranıb. Bu da onu göstərir ki, daha keyfiyyətli və daha üst texnologiyalı sayğaclara keçid əvəzinə mexaniki sayğaclara üstünlük verməyimiz təbii ki, məntiqli və doğru deyil. Həmçinin, bu hal keyfiyyət göstəriciləri baxımından daha geriyə getməyimizə bir işarədir. Belə vəziyyətin yaranmasında yeganə səbəb köhnə qaydalardır. Çindən ucuz mal alıb, onu baha rəsmiləşdirməklə müəyyən korrupsiya mexanizmlərindən istifadə etmiş olacaqlar. Bu isə doğru deyil və gələcəkdə daha böyük problemlərə yol aça bilər. Əhalinin qaz təminatında sayğacların keyfiyyətsiz olması, tez-tez xarab olmaları, detalların dəyişdirilməsi kimi problemlər yaradacaq. Nəticədə onun servis xidməti də daha baha başa gələcək”.
 
Qeyd edək ki, "Azəriqaz” gələn aydan başlayaraq Çindən mexaniki qaz sayğacları alacaq. Bu isə o deməkdir ki, sözügedən qurum yenə də sayğaclarla bağlı keyfiyyət göstəriciləri aşağı olan, dünyada müsbət mənada tanınmayan bir ölkəyə müraciət edəcək. Halbuki hazırkı dünya ən müasir və keyfiyyət stardartları yüksək olan elektron sayğaclar sisteminə keçib.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...