Çinin baş epidemioloqu koronavirusun nə vaxtadək yayılacağını açıqladı

Çinin baş epidemioloqu koronavirusun nə vaxtadək yayılacağını açıqladı
 COVİD-19 virusunun yayılması ən azı iyun ayınadək davam edəcək.

Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə Çinin baş epidemioloqu Jonq Nanşan deyib.

"Sərhədlərdə tibbi yoxlamalar gücləndirilməlidir, karantin tədbirləri dənizətrafı bölgələrdən gələnlərə şamil olunmalıdır. Yeni koronavirusa ciddi şəkildə məruz qalan bölgələrdən biri kimi Quanqdonq əyalətinə qoruma vasitələri, test dəstləri, müalicə texnologiyaları göndərilməlidir”, - J.Nanşan qeyd edib. 

Bu gün ölkənin Milli Səhiyyə Komissiyası son 24 saat ərzində Uhan şəhərində 40 yeni yoluxma halının qeydə alındığını, daha dörd nəfərin Qansu əyalətində kənardan yoluxduğunu, ölkədə 22 nəfərin isə virusdan öldüyünü açıqlayıb. Bütövlükdə indiyədək ölkəboyu virusa yoluxanların 80 735, ölənlərin 3 119 nəfər olduğu bildirilir.

Həmçinin Pekin bələdiyyəsi şəhərdəki əcnəbilərə zərurət olmadan səyahətə çıxmamaları barədə xəbərdarlıq edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...

Mənzərəli şəkil istəyən qız vulkanın içinə düşdü

İndoneziyada tətildə mənzərə fonunda qəşəng şəkil çəkdirmək cəhdi əsl faciəyə çevrilib. Çindən olan turist Huang Lihong həyat yoldaşı Zhang Yonqla birlikdə şəki...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Qeyd edilib ki,...

Ödənişli yolda baş verən qəzada yaralıların sayı 6-ya çatıb, 4-ü Rusiya vətəndaşıdır

Xəbər verdiyimiz kimi Bakı-Quba-Rusiya ödənişli yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Sfera.az xəbər verir ki, qəzada...