Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə növbəti dəfə Beyləqan rayonunun Yuxarı və Aşağı Çəmənli kəndlərində görüşlər keçirib.

 

Sfera.az xəbər verir ki, görüş çox böyük ruh yüksəkliyi ilə keçib. Çingiz Qənizadə seçicilərə özü, parlamentdəki və beynəlxalq arenadakı fəaliyyəti haqqında məlumat verib. Kənd camaatını maraqlandıran sualları cavablandırıb. Ölkədə gedən kadr, eləcə də,  iqtisadi-siyasi islahatlar  barədə insanları məlumatlandırıb.

 

Tədbirdə çıxış edən kənd sakinləri Çingiz Qənizadənin 10 illik fəaliyyətindən razı olduqlarını bildirərək gələcəkdə də ona səs verəcəklərini qeyd ediblər.

 

Kənd ağsaqqalları, ziyalıları, təhsil işçiləri, müəllimləri Çingiz Qənizadənin namizədliyini dəstəklədiklərini bildiriblər. Eyni zamanda, deputatlığa namizəddən bir neçə kiçik məsələlərin həlli ilə bağlı xahişlər də edilib. Çingiz Qənizadə  həmin problemlərin həllində deputat seçiləcəyi təqdirdə onlara yardımçı olacağını  vurğulayıb.

 

Kənddə kabelləşmə və su probleminin olması da  söylənilib. Bu məsələlərin də yaxın vaxtlarda yuxarı dairələrə çatdırılması üçün Çingiz Qənizadədən xahişlər ediblər.

 

Daha sonra deputatlığa namizəd Çingiz Qənizadə şəxsi görüşmək istəyən insanları fərdi qaydada qəbul edərək dinləyib.
 


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO - YENİLƏNDİ

Azərbaycan və Çexiya xarici işlər nazirləri arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xid...

"Boşanan insanlar təzyiqlərə məruz qalırlar, çünki..." - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmala...

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...