Çingiz Hüseynzadə: Onlar bilir ki, Ramil bizim idmançıdır

Çingiz Hüseynzadə: Onlar bilir ki, Ramil bizim idmançıdır
Ramil Quliyevin çempion olmağı çox böyük hadisə idi. Biz onu hələ Londonda ikən təbrik etdik.
 
 

 

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə keçirdiyi mətbuat konfransında Türkiyəyə dünya çempionluğu qazandıran idmançımız Ramil Quliyev haqda danışarkən deyib.

Finaldan öncə finala çıxan idmançıları araşdıranda artıq bilirdik ki, Ramilin medal qazanmaq şansı var. Türkiyə tərəfi ilə birgə qərara gəldik ki, əgər Ramil qalib gəlsə, hər iki bayrağı qaldıracaq.

Qeyd etməliyəm ki, dünya atletika komitəsinin prezidenti qələbədən sonra ilk bizi – Azərbaycan tərəfini təbrik etdi. Çünki onlar bilir ki, Ramil bizim idmançımızdır”, - federasiya prezidenti bildirib.

Xatırladaq ki, daha əvvəllər Azərbaycanda fəaliyyət göstərən, sonra isə Türkiyə vətəndaşlığını qəbul edərək sözügedən ölkənin şərəfini qoruyan sprinterimiz Ramil Quliyev ötən həftə Türkiyəyə dünya çempionluğu qazandırıb. Bu qələbədən sonra Türkiyə prezidenti, baş naziri, yüksək rütbəli siyasətçiləri, o cümlədən, Azərbaycan Respublikasının prezidenti Ramilə təbrik məktubları ünvanlayıb.

 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR