İngiltərə klubundan \"Qarabağ\"ı sevindirən qərar

İngiltərə klubundan \
 

"Qarabağ"ın qapıçısı Asmir Beqoviçin müqavilə ilə məxsus olduğu "Bornmut" Aron Ramzdeyllə bağlı qərarını verib.

Sfera.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 21 yaşlı qolkiperlə yeni müqavilə imzalayıb. Ötən iki ili aşağı liqa təmsilçilərində icarə əsasında keçirən və cari mövsümdən əsas komandada çıxış etməyə başlayan Ramzdeyl artıq bir nömrəli qolkiperə çevrilib.

Beqoviçi əsas heyətdən sıxışdıran və "Qarabağ"a yollanmasına səbəb olan gənc qapıçı komandası ilə uzunmüddətli sözləşməyə qol çəkib. İkinci qapıçı Artur Boruçun da müqavilə müddətinin mövsümün sonuna qədər olması "Bornmut"un əlavə qolkiperə ehtiyac duymayacağı anlamına gəlir.

Bu da o deməkdi ki, "Bornmut" "Qarabağ"ın qış fasiləsinə qədər icarəyə götürdüyü Beqoviçi yanvarda yenidən icarəyə götürməsinə və ya birdəfəlik transfer etməsinə şərait yaradacaq. Beqoviçin "Bornmut"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. (Sportinfo.az)


OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...