İngilislər ən çalışqan aktyorları seçdilər - FOTO

İngilislər ən çalışqan aktyorları seçdilər - FOTO

Son 10 ildə "BAFTA” və "Milli Televiziya Mükafatı”na namizəd olan yüzlərlə aktyor və kino ulduzunun qazandığı uğurların təhlili aparılıb.

"Daily Mail”in yaydığı xəbərə görə, ən çalışqan britaniyalı aktyor Devid Tennant, aktrisa Olivia Colman seçilib.

Sorğu "Britbox” tərəfindən aparılıb və son 10 ildə "BAFTA” (İngilis Film və Televiziya Sənətləri Akademiyası) və "Milli Televiziya Mükafatı”na namizəd olan yüzlərlə aktyor və kino ulduzunun uğurlarını təhlil edib.

 

Ən zəhmətkeş aktyorların reytinqində birinci yeri "Doktor Kim” serialının ulduzu Devid Tennant, ikinci yeri "Kişilər pis rəftat edirlər” televiziya şousunun aktyoru Martin Klunes tutub. Üçüncü yerə isə komediyaçı Devid Ceyson layiq görülüb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR