İngilis dilində “ilin ifadəsi” açıqlanıb

İngilis dilində “ilin ifadəsi” açıqlanıb
 

İngilis dilinin Oksford lüğəti (Oxford Dictionary) 2019-cu ilin ifadəsi (word of the year) olaraq "climate emergency” (iqlimin təcili halı) ifadəsini seçib.

Sfera.az  Oksford lüğətinin saytına istinadən xəbər verir ki, "iqlim dəyişikliklərinə son qoymaq və ya onu dayandırmaq, nəticəsi olaraq ətraf mühitin çəkəcəyi potensial olaraq dönməz zərərin qarşısını almaq üçün təcili addımları şərtləndirən vəziyyət” şəklində izah edilən həmin ifadənin seçimi iqlimlə bağlı problemlərə dair ictimaiyyətin artan marağı və müzakirələrin geniş vüsət alması ilə izah edilir.

Həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin də ətraf mühit mövzusunu "zəmanəmizin taleyüklü məsələsi” olaraq səciyyələndirdiyi xatırladılır.

İstifadəsi 10,796 faiz artan "iqlimin təcili halı” ifadəsinin beləcə "nisbətən qaranlıq” vəziyyətdən 2019-cu ilin "ən çox qabardılan və qabarıq müzakirə olunan” söz olanadək irəlilədiyi qeyd olunur.

Bu ildə ötən ildən 100 dəfə çox işləndiyini vurğulayan lüğət nümayəndələri bütövlükdə "climate action” (iqlim fəaliyyətləri), "climate crisis” (iqlim böhranı), "climate denial” (iqlim dəyişikliyinin inkarı), "eco-enxiety” (ekoloji narahatlıq) kimi iqlimlə bağlı ibarələrin gündəlik danışıqda mühüm yer tutduğunu diqqətə çatdırıblar.


OXŞAR XƏBƏRLƏR

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...