İngilis dili müəllimi “Milyonçu” şousunda son suala qədər irəlilədi – Video
20:26 / 06.03.2019
4064
Böyük Britaniyada ingilis dili müəllimi "Kim milyonçu olmaq istər” intellektual şousunda son suala qədər gələ bilib. Con Robinson axırıncı sualın cavabını bilmədiyindən, oyunu saxlayıb. Müəllim evə 500 min funt sterlinqlə (təxminən 650 min dollar) gedib.
Milyonçu şousunda 13 ildir heç kim finala gəlib çıxa bilmirdi. Robinson intellekti ilə aparıcı Ceremi Klarksonu da çox heyrətləndirib. Klarkson onu qeyri-adi oyunçu adlandırıb. Cereminin dövründə ilk dəfədir belə yüksək nəticə qeydə alınır. Əvvəlki böyük uğur verilişi Kris Tarrent aparanda olmuşdu.
Robinson "bunlardan hansı əvvəllər Böyük Britaniyanın xarici işlər naziri olmayıb?” sualına cavab verməkdə çətinlik çəkib. Bəlkə də, köməyi qalsaydı, cavab verəcəkdi. Amma ingilis dili müəllimi risk etməmək qərarına gəlib və o, yanmayan məbləği – 500 min funt sterlinqi götürüb.
Sualda 4 nəfərin adı çəkilirdi: Uinstin Çörçill, Entoni İden, Qarold Makmillan və Alek Duqlas-Houm. Düzgün cavab Çörçill variantı idi.Bizimyol