İnformasiya \"siçovuları\" peyda olur- Bakı isə parıldayır /10 səbəb

İnformasiya \
Fəlsəfədə "Cauza Zui" anlayışı var. Rasional izahı odur ki, hər şey onda uydurmadır ki, o hər şey insan zəkası və əqlinin sağlam təhlil meyarları ilə deyil, hücum taktikası ilə müəyyənləşir.

Beləliklə, bu əsnada Rebekka Steffofun ABŞ tarixi ilə bağlı verdiyi mühazirələrin yazı qismindən önəmli məqamlar yadıma düşür. O bütöv Qərb gənclik sistemini nəzərdə tutaraq ustaca izah edir ki, amerikalı və avropalı gənclər böyük və güclü dövlət və bölgə anlayışları ilə necə manipulyasiya olunur.

Bir başqa ölkə güclənib söz sahibi olduqca isə ona qarşı müxtəlif informativ təxribatlara cəhdlər edilir.

Və təəssüflər olsun ki, veb dünyanın sosial mediası ünsiyyət və bilgi ötürülməsi platformasından çıxaraq bəzi beyin mərkəzləri və qruplarının informasiya çirkabını yaydığı vasitəyə çevrilir.

"Kitab Oğrusu" filmini yada salın. Məsum oğurluq da oğurluqdur, bir halda ki böyük bir informasiya oğurluğu ilə çiçəklənən ölkələrə hücumlar baş verir. Bunun nə qədər vicdansızlıq olduğunu təsəvvür edin.

Məşhur danimarkalı filosof Kİerkeqor deyirdi ki, yalan infromasiya vicdansızlıqla əxlaqsızlığın sərhədidir.

Mənə görə isə:

- haradan qaynaqlandığından,

- necə ortaya atılmağından,

- harda təşəkkül tapmağından asılı olmayaraq öz ölkənə qarşı yalanın ruporu olmaq böyük bir rəzalətdir.

Rəzillik yalnız hüquqi və mənəvi normalar sisteminin pozulması deyil, yalan "bilgi"nin ötürücüsü olmaq da utanc verən nüansdır.

Bakı bu gün dünyanın ən önəmli idman layihələrinə, beynəlxalq yarışlara ev sahibliyi edir, bütün dünyada qlobal mərkəzə çevrilib.

Və təsəvvür edin ki, bütün bunların fonunda ölkədə hansısa beynəlxalq əhəmiyyətli tədbirlər başlayanda ölkədən kənardan informasiya "siçovulları" peyda olur, yalan yemlərini bəzi daxili radikal müxalif əla altılarına da ötürürlər.

Bakl dünyanın ən önəmli şəhərlərindən birinə çevrilb.

10 səbəb:

1) Paytaxtımızda 2012-ci ildə "Eurovision", 2015-ci ildə "Avropa Oyunları", 2016-ci ildə İslam Həmrəylik Oyunları, Formula-1 yarışları uğurla baş tutub.

2) BMT və dünyanın bir çox önəmli tədbirləri Bakıda keçirilb.

3) NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş paytaxtımızda keçirilib.

4) Artıq Azərbaycanda keçirilən Avropa, Dünya çempionatları silsilə xarakteri daşıyır. 2010-cu ildən bu yana müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya çempionatı, "Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırıb.

5) NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər siyasəti üzrə I Qlobal forumu, Caz Festivalı, "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı, "Bakı Elm Festivalı-2014”, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu kimi mühüm əhəmiyyət kəsb edən tədbirlər də Bakıda keçirilib.

6) Demokratiya və insan haqlarından danışan Qərbə bağlı QHT və "söz azadlığı" ilə manipulyasiya edən təşkilatlar bir az da Avropada zorakılıqla dağıdılan mitinqlərə baxmasa, çətin ki, dünya onları ciddiyə alsın.

7) Azərbaycan gələcək illərdə də mötəbər yarışlara, konfranslara ev sahibliyi edəcək.

8) Bakı yerləşdiyi coğrafi mühit amilinə görə də dünyanın diqqət mərkəzindədir.

9) Əhalinin qonaqpərvərliyi və yarışlara gələn turistlərin rahatlığı da önəmli nüansdır.

10) Azərbaycan ölkə olaraq inkişaf etdikcə bizi sevməyənlərin "səs"i gur çıxmağa çalışır, amma ölkəmiz işığı ilə onların səsini batırır.

Nəhayətdə isə, Bakı artıq Xəzərin Günəşi deyil, dünyanın Günəşidir.

Bunu görməmək vicdansızlıqdır!
 
Tural İsmayılov


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...