“İnformasiya məkanında erməni və onlara nökərlik edənlərlə savaş aparmalıyıq” - ÇAĞIRIŞ

“İnformasiya məkanında erməni və onlara nökərlik edənlərlə savaş aparmalıyıq” - ÇAĞIRIŞ
 

"Bəzən özünü bizdən hesab etməyənlər Azərbaycan xalqının və dövlətinin haqq işinin üzərinə kölgə salmağa çalışır, təslimçi mesajlar verir, düşmənin informasiya siyasətinə bilərəkdən, yaxud bilməyərəkdən dəstək olurlar”.

Sfera.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib. 

O, səfərbərlikdən narahat olanlara bildirib ki, Azərbaycan Respublikasının Qanununa əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılmasını həyata keçirir və bununla bağlı üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra edir:
 

"30 ildir torpaqlarımız işğal altındadır, ərazilərimizin bir qismi erməni vəhşilərinin tapdağındadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin öz vəzifələrini peşəkarlıqla yerinə yetirməsinin nəyi pisdir? İndi də buna qarşıdırlar”.

N. Orduxanlı bildirib ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür və qarşısında duran vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır: 

"Amma biz xalq olaraq, orduya çevrilməliyik! Hamımız Vətən üçün çalışmalıyıq! Hamımız əsgər olmalıyıq! Bu gün tək səngərdə deyil, informasiya məkanında da erməni və onlara nökərlik edənlərlə savaş aparmalıyıq! Azərbaycan xalqı dövlətinin, ordusunun yanındadır və öz torpaqlarını işğaldan azad edənədək mübarizə aparmaq əzmindədir! Bizim haqq işimizə, ədalətli mübarizəmizə qarşı çıxanlar isə bizdən deyillər! Bədbəxtdirlər! Bütün bunlara son qoymalıdırlar! Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlara qarşı çıxan, informasiya məkanında mövqelərimizi zəiflətməyə çalışan kim varsa, düşmənimizdir. Biz gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik və biz birlikdə güclüyük”.


OXŞAR XƏBƏRLƏR

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...