İndoneziyalı nümayəndələr Milli Məclisdə olublar

İndoneziyalı nümayəndələr Milli Məclisdə olublar

İndoneziya Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq və onun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 8-də Milli Məclisdə olub.

Sfera.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə İndoneziya arasındakı münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirib. Qeyd edib ki, parlamentlər səviyyəsində əməkdaşlıq məmnunluq doğurur və bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına yeni təkan verəcək.

Milli Məclisin sədri bildirib ki, Azərbaycanın İndoneziya ilə siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələri yüksək səviyyədədir. Bu günədək ölkələrimiz arasında səkkiz sənəd imzalanıb. Mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin önəmini diqqətə çatdıran Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə İndoneziya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrindən, ticarət dövriyyəsinin artması istiqamətində həyata keçirilə biləcək tədbirlərdən bəhs olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Milli Məclisin sədri Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirilib ki, dünyanın ondan çox ölkəsi, ABŞ-ın iyirmidən çox ştatı bu soyqırımının tanınması ilə bağlı sənədlər qəbul edib. Azərbaycan tərəfi istərdi ki, bu məsələyə İndoneziya parlamenti də münasibət bildirsin.

İndoneziya Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafının əhəmiyyətini qeyd edib. O, Azərbaycan ilə İndoneziya arasında ticarət və turizm sahələrində əlaqələrin inkişafının məmnunluq doğurduğunu, həmçinin gələcəkdə yeni istiqamətlərdə ikitərəfli əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib./AZƏRTAC/


OXŞAR XƏBƏRLƏR

Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...