İndiyə qədər Hitler təqaüdü alan 22 nəfərin kimliyi məlum oldu

İndiyə qədər Hitler təqaüdü alan 22 nəfərin kimliyi məlum oldu

İkinci Dünya Müharibəsində Belçikanı işğal edən Adolf Hitlerin Almaniya ilə işbirliyi görən, ona sadiq və itaətkar olan belçikalılara təqaüd ayırdığı məlum olub.

 

Sfera.aztürk mediasına istinadən xəbər verir ki, Belçika parlamenti bugünə qədər 22 belçikalının Hitlerdən "sədaqət və itaət” təqaüdü aldığını aşkara çıxarıb. Daha sonra Belçika hökuməti alman orqanlarından Hitler təqaüdü alanların siyahısını tələb edəcəyini açıqlayıb.


İkinci Dünya Müharibəsindən sonra təqribən 80 min nəfər Beçika məhkəmələrində düşmənə casusluqda təqsirlədirilib. Lakin həbsxanada olanların bəzilərinin Adolf Hitler tərəfindən imzalanan qərarnamələrə əsasən, həbsxanada qaldıqları müddət ərzində onların Almaniyadan ikiqat təqaüd alacaqları üzə çıxıb. Müharibə dövründə də Almaniyaya işləmək məcburiyyətində qalan belçikalılara Almaniya təzminat ödəyib.


Belə ki, Hitler təqaüdü alan 22 belçikalının şəxsiyyətini öyrənə bilmək üçün Belçika hökuməti diplomatik əlaqələr quraraq öyrənməyə çalışıb. DeFi Partiyasının sədri Olivier Maingain verdiyi açıqlamasında "Belçika hökuməti Almaniya ilə işbirliyi quran bütün casusların adlarının siyahısını tələb etməlidir. Təqaüdün aylıq ödənişi dayandırılmalıdır” ifadələrini işlədib.

 

Lakin daha sonra məlum olub ki, Almaniya Hitler təqaüdü alanların siyahısını Belçikaya açıqlamaqdan imtina edib.


Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR