Dünya

“İndi rahat yata bilərsiz” – Trampdan Amerika xalqına müraciət

“İndi rahat yata bilərsiz” – Trampdan Amerika xalqına müraciət
"Şimali Koreyadan daha təhlükə gəlmir”.

Sfera.az xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb. O, bu açıqlamanı Şimali Koreya lideri Kim Çen İnlə Sinqapurda keçirilən görüşdən qayıdarkən verib.

"Mənim vəzifəyə gəldiyim günlə müqayisədə siz özünüzü daha təhlükəsiz hiss edə bilərsiniz. Şimali Koreya tərəfdən daha nüvə təhlükəsi yoxdur. Kim Çen İnlə görüş çox maraqlı və çox pozitiv təcrübə oldu” –, deyən Tramp Pxenyanın böyük potensialının olduğunu qeyd edib.

Trampın sözlərinə görə, amerikalılar əvvəllər elə düşünürdü ki, ABŞ və Şimali Koreya müharibə edəcək. Əvvəlki prezident Barak Obama KXDR-i Vaşinqton üçün ən başlıca və ciddi problem adlandırıb:

"İndi bu belə deyil, rahat yatın!”.
 
Rəsul
Sfera.az
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31