Çində insanları yoluxdurmamaq üçün yeməkləri belə çatdırırlar - VİDEO

Çində insanları yoluxdurmamaq üçün yeməkləri belə çatdırırlar - VİDEO

Sosial şəbəkələrdə koronavirus epidemiyasının əsarətində olan Çində yemək sifarişlərinin ikiqat müdafiə üsulu ilə evlərə çatdırılmasını əks etdirən görüntülər yayılıb. 

Belə ki, kuryer xüsusi geyim, çəkmə, maska, əlcək və dəbilqədə olsa da, sifarişçiyə iki metrdən artıq yaxınlaşmağa icazə vermir.

Bu barədə "Moskva 24” xəbər yayıb.

Kadrlardan görünür ki, kuryer jestlə müştəriyə dayanması barədə göstəriş verdikdən sonra termoçantadan yeməyi çıxarır, çantanın üzərinə qoyur və iki metr kənara çəkilir. Bundan sonra sifarişçi yaxınlaşaraq məhsulu götürür və uzaqlaşır.

Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib.

Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək bunun "2019-nCoV” koronavirus olduğunu bildiriblər. Yeni epidemiya ilə əlaqədar Çinin, demək olar ki, bütün şəhərlərində karantin elan olunub.

Xəstəliklə əlaqədar hər gün onlarla insan həyatını itirir. Son məlumatlara görə, virusa yoluxanların sayı 17205 nəfərə yüksəlib, onlardan 2296-nın vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayı isə 521 nəfərə çatıb. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR