Dünya

Çin və Türkiyə ABŞ-a qarşı birləşir: İran necə xilas olacaq - Analiz

Çin və Türkiyə ABŞ-a qarşı birləşir: İran necə xilas olacaq - Analiz
 "IBTimes" jurnalisti Artur Villasanta Çin və Türkiyənin ABŞ sanksiyalarına qarşı çıxaraq İrandan neft idxalını davam etdirmələrini təhlil edib. Təhlil aşağıdakı kimidir:   "Çin və Türkiyə ABŞ sanksiyalarına baxmayaraq, İrandan neft ixracını davam etdirəcək.
 
İran İslam İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri isə Hörmüz boğazını bağlayacağı təhdidini bir daha yeniləyib.   Geosiyasi gərginliyin kəskin artması, Yaxın Şərqdə yeni və daha təhlükəli problemlərin yaranması Tramp administrasiyasının İran neft ixracını sıfıra endirmək siyasətinin bir hissəsidir.   ABŞ-ın bu taktikada məqsədi 2015-ci ilin may ayında imzalanan nüvə müqaviləsindən birtərəfli çıxmasından sonra İranı yeni bir müqavilə imzalamağa məcbur etməkdir.  
 
Tramp administrasiyası nüvə müqaviləsindən çəkildikdən sonra İran iqtisadiyyatına geniş sanksiyalar tətbiq etməyə başladı. Bununla yanaşı, Çin və Türkiyə daxil olmaqla səkkiz ölkəyə İrandan məhdud miqdarda xam neftin idxalını davam etdirməyə icazə verdi. Daha sonra isə bu icazəni də ləğv etdi.   Çin və Türkiyə şirkətləri İrandan xam neft idxalını davam etdirərsə, ABŞ maliyyə sistemindən çıxmaq təhlükəsi ilə üzləşəcək.  
Çinin Xarici İşlər Nazirliyi dünən Trampın İran siyasətini sərt şəkildə tənqid edib.   Xarici İşlər Nazirliyinin mətbuat katibi Geng Şuang ABŞ tərəfindən tətbiq olunan birtərəfli sanksiyalara qarşı çıxıb:   "İranla əməkdaşlığımız açıq, şəffaf və qanunidir. Buna hörmət edilməlidir. Çin öz şirkətlərinin qanuni hüquqları və maraqlarını dəstəkləməyə borcludur. Bununla da qlobal enerji bazarının sabitliyini təmin etmək üçün müsbət və konstruktiv rol oynayacağıq".   Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Trampın sanksiyalarını açıq şəkildə rədd edərək bildirib ki, bu qərar regional sülh və sabitliyə xidmət etməyəcək, İran xalqına zərər verəcək.  
 
Bundan əlavə, İran İslam İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Tanqsiri isə qeyd edib ki, beynəlxalq hüquqa əsasən, Hörmüz boğazı su yoludur və İrana ondan istifadə etməyə icazə verilməzsə, onlar bu yolu bağlayaqlar."   Qeyd edək ki, ABŞ Dövlət Departamenti İrandan neft idxalı üçün icazə verdiyi ölkələrə yenidən qadağa qoyub. Artıq may ayının 2-dən etibarən, neft idxalına icazə verilən 8 ölkə bu imtiyazdan məhrum edilib. ABŞ 2018-ci ilin noyabr ayında İrana qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Türkiyə və başqa ölkələri Tehrandan neft almaq icazəsi vermişdi. 

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031