Çin tək uşaq siyasətinə son qoyur

Çin tək uşaq siyasətinə son qoyur

Çin onilliklərdir davam edən tək uşaq siyasətinə son qoymaq qərarına gəlib.

   BBC-yə istinadən xəbər verir ki, indi hər kəsə iki uşaq sahibi olmaq icazəsi veriləcək, Kommunist Partiyasına istinadən dövlət xəbər agentliyi məlumat verib.Bu mübahisə doğurmuş siyasət 1979-cu ildən bəri tətbiq olunur və məqsədi əhalinin sürətlə artımının qarşısını almaqdır.Lakin ölkə əhalisinin yaşlanması dəyişikliyə səbəb olub.Tək uşaq siyasətinin indiyədək 400 milyon doğuşun qarşısını aldığı güman edilir. Bu qanunu pozmuş cütlüklər isə cərimədən tutmuş, məcburi aborta qədər müxtəlif cəzalarla üzləşməli olub.Bəzi əyalətlərdə isə qanun vaxtaşırı nisbətən yumşaldılıb.Kommunist Partiyası iki il bundan əvvəl ölkədə qanunun yumşaldılmasına başlayıb və cütlüklərdən ən azı birinin tək övlad olduğu təqdirdə, iki uşağın doğulmasına icazə verib.Bəyanat Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beşinci pleniumunun sonuncu günü verilib.Partiya həmçinin əhalinin artım hədəflərini və növbəti beş illik planının açıqlayıb.

“Qafqazinfo”


OXŞAR XƏBƏRLƏR