Çin klublararası dünya çempionatı üçün yeganə namizəd olacaq

Çin klublararası dünya çempionatı üçün yeganə namizəd olacaq
 

Çin 2021-ci ildə keçiriləcək klublararası dünya çempionatı üçün yeganə namizəd olacaq.

Sfera.az xəbər verir ki, FIFA yalnız bu ölkənin mundiala ev sahibliyi etmək hüququnu nəzərdən keçirəcək. Bildirilir ki, məsələ qurumun oktyabrın 24-də Çinin Şanxay şəhərindəki iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə klublararası dünya çempionatı Qətərdə olacaq. Mövcud qaydalara əsasən, turnirdə 7 klub iştirak edir. 2021-ci ildən etibarən isə 24 komanda mundialda iştirak edəcək. 


OXŞAR XƏBƏRLƏR