İmtahanda necə uğur qazanmaq olar?

İmtahanda necə uğur qazanmaq olar?

Artıq  universitetlərdə qış imtahan sessiyaları gedir. Bu imtahan sessiyaları zamanı stressdən necə qurtulmağı, həmçinin necə uğur qazanmağın yollarını təqdim edirik.

 

1. Sosial mediadan uzaq durun

 

İmtahandan bir gün əvvəl telefonlarınızdan daha az istifadə etməklə, sosial mediadan qətiyyətlə uzaq qalın. Telefon və sosial media gənclərin bir-birlərini həyəcandırma və qayğılandırma baxımından mənfi istiqamətdə təsir etməsinə səbəb ola bilir. Çox narahat bir yoldaşıyla danışan ya da mesajlaşan bir gəncin qayğısı arta bilir. Yenə sosial mediada bəzən səhv, spekulyativ məlumatlar ola bilər ki, bunlar da mənəvi baxımından mənfi təsirlər yarada bilir. Telefon, planşet kimi vasitələr yaydıqları işıq ilə gözləri də həddindən çox yorur. Yorulan gözlərdə imtahan vaxtı sulanma, görmə  ya da uzun paraqrafları təqib edə bilməmə kimi problemlərə səbəb ola bilir.

 

2. Mesajlaşarkən yuxunuzdan olmayın

 

 Yuxu insanın enerji ehtiyacı ilə təmin olunması, sinir sisteminin düzgün işləməsi və öyrənilən məlumatların qalıcı olmasını təmin edir. Gec saatlara qədər yatmamaq və səhə oyana bilməməmək maddələr mübadiləsini zəiflətməklə bərabər diqqət problemlərinə də səbəb olur. Gənclərin bir-birləri ilə mesajlaşmaları ya da danışmaları, yuxu nizamlarını pozur. İmtahandan əvvəlki gecə çox gec yatmamaq vacibdir. Səhər nəqliyyatı da nəzərə alaraq bir az daha tez qalxdığınız üçün yuxunuzu tam almağa diqqət edin.

 

3. Yeyməyinizə diqqət edin

 

Yüksək nəticə tələb edən hər cür imtahanda, qidalanma həqiqətən əhəmiyyətli bir yer tutur. Düzgün qidalanmanın zehni və fiziki performansa müsbət təsirləri var. Omega ilə bol olan qoz, balıq kimi qidalara üstünlük vermək diqqət və müvazinət üzərində müsbət təsirlər yaradır. İmtahandan bir gün əvvəl ağır yeməklər yeməmək, hər zamanki qidalanma vərdişinin xaricinə çıxmamaq çox əhəmiyyətlidir. Xüsusilə imtahandan bir gün qalmış daha əvvəl yemədiyin bir qida maddəsi istehlak etməyin.

 

4. Ya həmişə ya heç vaxt deyə düşünməyin

 

 Həyat qara və ağdan daha çox boz rəngdə olduğundan "ya həmişə ya heç vaxt” deyə düşünmək adamın müvəffəqiyyətini baltalaya bilən faktorlardan biridir. Tələbənin özünü tanıması, öz tutumunu və potensialını real qiymətləndirməsi, son dərəcə mühümdür. Ancaq bunun qədər əhəmiyyətli olan digər bir məqam da ailənin uşağını yaxşı tanıması, açıq və ya gizli təzyiq etmək əvəzinə vəziyyəti real qiymətləndirərək uşağına dəstək olmasıdır. Uşağınıza bu günə qədər  "imtahana kifayət qədər hazırlaşmırsan” demiş ya da təzyiq etmiş ola bilərsiniz amma, imtahan əvvəli artıq onu nə qədər çox sevdiyinizi deməyin tam vaxtıdır. Ona müvəffəqiyyətlidə olsa müvəffəqiyyətsizdə olsa hər zaman onun yanıdada olacağına və hayatınız boyunca onu sevəcəyinizi hiss etdirin.

 

5. İmtahan hər şey demək deyil

 

 "İmtahanlar əhəmiyyətlidir ancaq həyatdakı xoşbəxtliyin və müvəffəqiyyətin tək göstəricisi deyil. "Bu universitetə girməliyəm”, "filan balı yığmalıyam” kimi düşüncələr ilə ailəni məyus  etmək qorxusu da imtahan stresini artırır. Artıq bu son saatlar zehininizin istirahəti və gözəl şeylər düşünmə zamanıdır! Unutmayın əsl müvəffəqiyyət "Sevdiyiniz bir işi görüb xoşbəxt və firavan hiss etməkdir”.


OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...