İmtahan nəticələrinə müdaxilə olunub? - Etiraf

İmtahan nəticələrinə müdaxilə olunub? - Etiraf

Bir neçə hal olub ki, dövlət universitetlərində elektron imtahan və tədris idarəetmə sisteminə müdaxilələr edilib. Universitetlərdə bəzi hallarda bunu hətta tələbələr edib. Onlar qiymətləri dəyişib və ya siliblər, şəffaflıq sistemini pozublar.

Bunu "Maykrosoft" şirkətinin Təhsil Proqramları üzrə meneceri Emin Axundov deyib.

Onun sözlərinə görə, bunun nəticəsi olaraq universitetlərin fəaliyyətində iş dayanıb, onların öz işlərini yenidən bərpa etməsi üçün yeni böyük xərclər yaranıb. E.Axundov qeyd edib ki, belə halların olmaması üçün müəssisələr daxillərindəki elektron sistemləri qorumağı bacarmalıdırlar.

Menecer hesab edir ki, belə halla qarşılaşmaq istəməyən müəssisə istifadə etdiyi proqramların mənsəbini bilməlidir: "Müəssisə proqram təminatını bizdən almırsa, onu pirat üsulla əldə edir. Onun işləməsi üçün pirat dediyimiz cinayətkarlar ona müdaxilə etməlidirlər ki, proqram normal işləsin. Müdaxilə nəticəsində piratların həmin sistemə nə qoyduğu bilinmir. Bunu yalnız özləri bilirlər. Belə sistemlər üçün hər zaman təhlükə olur. Buna görə də müəssisə bilməlidir ki, proqram haradan əldə olunub, onu hansı şirkət idarə edir, onun içərisinə nə qoyub. Ona görə də proqram təminatının lisenziyalaşdırılması çox vacibdir. Müəssisələr aldıqları proqramları məhz lisenziya qaydalarına uyğun olaraq, sahibkarlardan almalıdırlar. Bildiyimə görə, elektron sistemlərinə müdaxilə olan universitetlərdə proqram təminatları lisenziya qaydalarına uyğun istifadə olunmayıb. Sistemə müdaxilənin bir səbəbi bu da ola bilər". (trend)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...