İmamverdi İsmayılov Əli İnsanovun milyonluq bağ evini almaq istəyir-İDDİA

İmamverdi İsmayılov Əli İnsanovun milyonluq bağ evini almaq istəyir-İDDİA
 Deputat İmamverdi İsmayılov hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun bağ evini almaq istəyir.

Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, deputat sabiq nazirin vəzifədə olduğu vaxtlarda getmiş olduğu bağ evini bəyənib. Son illər isə həmin bağı almağa müştəri çıxıb. Mənbənin sözlərinə görə, bağ evi Novxanıda yerləşir və olduqca böyük bir ərazini əhatə edir.
İ.İsmayılovun sabiq nazirin bağ evinə müştəri çıxması nə qədər maraqlı olsa da, deputatın olduqca bahalı ərazidən ev alacaq imkana malik olması daha maraqlı məqamdır. Belə ki, AFN-in apardığı xırda araşdırma zamanı məlum oldu ki, Novxanıda 10-15 sot ərazisi olan ortabab bağ evlərinin dəyəri 280-300 min manatdır. Ə.İnsanovun bağ evinin ərazisi isə deyilənə görə, hektara yaxındır və qiyməti milyon manatla ölçülür.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq. 


OXŞAR XƏBƏRLƏR