İmamoğlunun bu hərəkəti Ərdoğanı özündən çıxartdı: ƏSƏBLƏR TARIMDA...

İmamoğlunun bu hərəkəti Ərdoğanı özündən çıxartdı: ƏSƏBLƏR TARIMDA...

Ötən həftənin bazar günü keçirilmiş bələdiyyə seçkilərindən sonra daxili siyasətində sakitliyin pozulduğu Türkiyədə daha bir siyasi qalmaqal yaşanıb. Bu dəfə də əsas "rollarda” iqtidarda olan AKP ilə müxalifətçi CHP-nin rəhbər şəxsləridir.

Bələdiyyə seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, İstanbul böyük şəhər bələdiyyəsinin sədri seçilmiş CHP üzvü Əkrəm İmamoğlu Ankarada Atatürkün məzarını ziyarət edərək, mavzoleyin xatirə dəftərinə ürək sözlərini yazıb. Qeydini İmamoğlu "İstanbul böyük şəhər bələdiyyəsinin sədri” olaraq imzalayıb.

Bu İstanbulda seçkilərin nəticələrinə etiraz etmiş və bir çox rayonlarda onların yenidən sayılmasına nail olmuş AKP təmsilçilərinin sərt etirazına səbəb olub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş verənlərlə bağlı deyib: "Anıt qəbirdə baş vermiş hadisədə baxırsınız ki, İstanbuldan bəyəfəndi gedir. Sən mandatını almısanmı? Almamısan. Mandatını almadığın halda, Anıt qəbirdə protokol nəyi tələb edir, bundan da xəbərin yoxdur. Orada bunu müşayiət edənlər də səhv ediblər, dəftəri necə yazmalı olduqlarını da bilmirlər. Belə bir şey yazmağa haqqın da yoxdur. Bələdiyyə sədri mandatını al, buyur. O vaxt rahat et. Buna heç kim mane ola bilməz. Amma bu elədiyi protokol baxımından səhvdir.

Mandatını almadığı halda belə bir iş gördü və nə oldu? Milli Müdafiə Nazirliyi dəftəri oradan götürdü”.

Əkrəm İmamoğlu dövlət başçısının bu şərhini cavabsız qoymayıb. O bildirib: "Anıt qəbirdəki dəftəri götürüblərsə, bir də gedərəm, bir də imzalayaram. Fürsət tapdıqca Anıt qəbirə gedəcəyəm, yenə gedərik, yazarıq. Bizim üçün problem olmaz. O ki qaldı qaydalara bu cür həssaslıqlarına, İstanbulda tətbiq olunan qaydalara aid bir şərh vermirlər, nəzər yetirmirlər. Hələ də heyrətlə qarşılayıram. İstanbulda mövcud olan şəraitin ən böyük səbəbkarı seçki gecəsi verilən "qazandıq” açıqlamasıdır”.

 

OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...