İmam Hüseynin (ə) şəfaəti hər 3 dünyada olacaq

İmam Hüseynin (ə) şəfaəti hər 3 dünyada olacaq

Həzrət Seyyidi-Şühədanın (ə) Əhli-Beyt (ə) davamçıları yanındakı ən üstün bərəkəti odur ki, axirətdə şəfaət verəcəkdir. Şəfaətin həqiqi mənası odur ki, güclü varlıq zəif varlığın kənarında qərar tutub, ona kamala çatması üçün yardım edər.

Sfera.az deyerler.org-a istinadən bildirir ki, Quranın nəzərinə görə şəfaət edən ilə şəfaət olunan arasında rabitə olmalıdır. Quranın nəzərinə görə şəfaət iki cür olur:
1. Rəhbər şəfaəti və ya əməl şəfaəti.
2. Məğfirət şəfaəti və ya fəzl şəfaəti.
Birinci növ şəfaət əzabdan nicat verib, həsənələrə bürüməkdir ki, hətta dərəcənin artmasına belə səbəb olur. İkinci növ şəfaət odur ki, günahı aradan aparar və əzabı dəf edər. Ancaq insanın dərəcəsini qaldırmaz.
Bildiyimiz ki, Qiyamət günü möminlərə peyğəmbərlər (ə), şəhidlər, Məsumlar (ə), Qurani-Kərim şəfaət verəcəkdir. Məsumlar (ə) içərisində şəfaət edənlərdən biri də İmam Hüseyndir (ə). Həzrət Hüseyn (ə) o kəslərə şəfaət verəcəkdir ki, onun məktəbinin şagirdi olmuşdur.
Quran və İmam Hüseyn (ə) məktəbi elə bir İlahi kəndirdir ki, bəşəri bədbəxtlik quyusundan çıxardıb, səadətə çatdıra bilər. Şəfaət hər üç dünyada insana şamil ola bilər. Şəfaətin ən çox şamil olduğu zaman - Qiyamətdir. Seyyidi-şühəda (ə) öz davamçılarına həm dünyada, həm bərzəxdə və həm də Qiyamətdə şəfaət verir və verəcəkdir də.
Əmirəl-möminin (ə) buyurur: "Bizim üçün şəfaət vardır və bizim dostlarımız üçün də şəfaət vardır". Başqa bir hədisdə oxuyuruq: "Şəfaət edənlər İmamlardır və möminlərin dostlarıdır". (İslami saytlara istinadən)
Bəli, İmam Hüseyn (ə) o Məsumlardandır ki, Qiyamət günü öz aşiqlərinə və dostlarına şəfaət verəcəkdir. İmam Hüseyn (ə) buyurur: "Hər kim mənim ölümümdən sonra məni ziyarət edərsə, ölümündən sonra mən də onu ziyarət edərəm".
Hədis nəql edənlərdən biri danışır ki, bu hədis mənim zehnimdə davamlı olaraq qalırdı və bir gecə İmam Hüseyni (ə) yuxuda gördüm və soruşdum ki, ağa, bu hədis doğrudurmu? Buyurdu: "Bəli, baxmayaraq ki, atəşdə olsa belə, onu çıxardaram". Dedim: "Ağacan, bu hədisi vasitəsiz sizin adınızdan nəql edə bilərəmmi?". Buyurdu: "Bəli".


OXŞAR XƏBƏRLƏR

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...