İlqar Məmmədov saxlanıldı - SON DƏQİQƏ
14:02 / 16.02.2020
5862
ReAl Partiyanın sədri İlqar Məmmədov polis tərəfindən saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə partiya üzvləri məlumat yayıblar.
Bildirilir ki, onun saxlanılmasına səbəb bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədardır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq.