Çılpaq olaraq aldığımız qüsl ƏSLİNDƏ ... BİLMƏMƏK AYIB DEYİL...

Çılpaq olaraq aldığımız qüsl ƏSLİNDƏ ... BİLMƏMƏK AYIB DEYİL...

Bağlı bir yerdə, tək başına üzərinizdə bir şey olmadan yuyunmaq caizdir; yəni haram deyil.Ancaq ədəb olaraq ön və arxa övrət yerləri örtmək daha gözəldir. Çılpaq olaraq alınan dəstəmaz etibarlıdır.

 Hamam ədəbinə uyğun yerinə yetirmək gözəl olmaqla bərabər, bu qaydalar pozularsa da günah olmaz. 

1. Düş qəbul etməzdən əvvəl misvakla dişimizi təmizləməliyik.2.

 Duşa, Allahın hüzuruna təmiz çıxmaq kimi, gözəl düşüncələrlə girilməlidir.

3. Sol ayağımızla duşa girilməlidir. 

4. Girərkən "Bismillahirrahmanirrahim, pisliklərin hər cinsindən və qovulmuş şeytanın şərindən Allaha sığınıram"- deməliyik. 

5. Duşu kimsənin görə bilməyəcəyi şəkildə qapatmalıyıq.

6. İlk girişimizdə sağ və sol çiyinlərimizi yumalıyıq.

7. Suyu lüzumundan çox israf etməməliyik. 

8. Banyoda suyun istiliyi kimi ürpərdən hallarda cəhənnəmi düşünməli, bununla cəhənnəmi müqayisədə etməliyik. 

9. Oturaraq su tökməməliyik. Əgər yerə tökülən sular üzərimizə sıçramırsa oturaraq da yaxalana bilərik.

10. Peyğəmbərimiz bu barədə buyurur- "Sizdən biriniz duş etdiyi yerə sidik etməsin. Sonra bu sidik etdiyi yerdə dəstəmaz almasın. Vəsvəsənin çoxu bundan irəli gəlir." 

11. Hamam, yuyunan tərəfindən gözəlcə təmizlənməli, naxoş görünüşlərə meydan verilməməli, sabun, saç və pis su artıqları aradan qaldırılmalıdır. Çirkli paltar çirkli olaraq buraxılmamalıdır. 

12. Duşdan əvvəl saç, bığ kimi yerləriniz uzanmışsa düzəltməli və qısaltmalısınız. Qoltuq altlarında olan tükləri maksimum qırx gündə bir yolmaq və təraş etmək müstəhəbdir.

13. Sağ gözümüzə üç, sol gözümüzə iki sürmə çəkmək və sürmə çəkərkən sağdan başlamaq Peyğəmbərimizin (s.ə.s.) bir sünnəsidir.

14.  Kəstiyimiz dırnaqları, tükləri bir parçaya qoyaraq torpağa basdırmalı, ya da yandırmalıyıq.


OXŞAR XƏBƏRLƏR