Çılpaq \"Mona Liza\" tapıldı
Fransa muzeylərindən birindəki kolleksiyaların arasında 150 il ərzində qorunub saxlanan kömürlə çəkilmiş çılpaq qadın portreti məhşur Mona Lisa rəsminin eskizləri ola bilər, fransız incəsənət-eksperti belə düşünür.
Bir qədər əvvəl Monna Vanna kimi məhşur olan qadın portretinin Leanordo da Vinci-nin studiyasında çəkildiyi ehtimal olunurdu.
İndi isə ekspertlər rəssamın hər iki rəsm üzərində işləməsinin mümkün olduğunu söyləyirlər.
Louvre muzeyi ekspertlərinin fikrincə, çılpaq qadının eskizlərini "ən azı, qismən" də olsa Vinci-nin özü çəkib. Bu rəsm 1862-ci ildən Fransanın paytaxtından şimalda yerləşən Chianti iqamətgahındakı Conde muzeyində intibah dövrünün kolleksiyasında saxlanılırdı.
Leanordo da Vinci(1452-1519) İtaliyanın intibah dövrünün ən böyük rəssamlarından biri olub, onun "Mona Lisa" (bu rəsm həm də "Joconde" kimi məhşurdur) əsəri isə dünyadakı ən tanınan və məhşur sənət əsərlərindən biridir. Lisa Gherardini-nin portretinin onun parça ticarətçisi və Florentine məmuru olan həyat yoldaşı Francesco del Joconde tərəfindən sifariş olunduğu ehtimal olunur.
Yağlı boya üçün hazırlıq işləri
"Şəkildə üz və əllər həqiqətən gözəl çəkilib", - deyə Conde muzeyinin qəyyumu Mathieu Deldicque AFR agentliyinə müsahibəsində bildirib.
"Bu rəsmin solğun sürəti deyil. Bizim qarşımızda Leanardo-nun həyatının sonlarında Mona Lisa ilə paralel olaraq çalışdığı bir rəsm dayanıb. Bu çox güman ki, yağlı boyaya hazırlıq işləridir".
Louvre muzeyinin bərpaçı-eksperti Bruno Motten rəsmin "çox yüksək keyfiyyətli" olduğunu təsdiqləyərək onun çəkilmə tarixinin Leanordo da Vinci-nin XVI əsrdə xaricdə yaşadığı illərlə üst-üstə düşdüyünü söyləyib. (BBC)
Sfera.az