İlkinlə Kənanın “razborka”sı - “Sənin başın üçün deyil...”

İlkinlə Kənanın “razborka”sı - “Sənin başın üçün deyil...”
Aparıcı İlkin Həsəni ilə rejissor Kənan Mahmudov (Kənan M. M) arasında qalmaqal yaranıb. 
 
Tərəflər arasında gərginlik "Cinemazadeh” studiyasının baş redaktoru Xətai Əlinin sosial şəbəkədə yazdığı statusdan sonra başlayıb. 

X. Əli feysbukda "Şükür Allaha, Kənan M.M bu il də uğurlarını Türkiyədə davam etdirəcək. Bizi burada heç bir təhlükə gözləmir”- deyə status paylaşıb. Kənanın isə həmin posta şərhi gecikməyib:"Sizi "Fəlakət”lər, "Bozbaş”lar gözləyir. Hələ görəcək günləriniz qarşıdadır”. Baş redaktor isə "Onların da birinci filmini sən çəkmisən” – deyə Kənana cavab yazıb. 

Bundan sonra "Bozbash Pictures”in üzvü, aktyor-aparıcı İlkin Həsəni də məsələyə münasibət bildirib.  O da feysbukda status yazaraq Kənanı tənqid edib: "Bayaq gördüm ki, Xətai status yazıb, baxdım gördüm nə? 2014-də ilk filmimizə öz imzasını atan Kənan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai məni qabaqlayıb. Kənan yaxşı oğlandır,İnşallah tezliklə yaxşı rejissor da olar”.

Rejissor da tez bir zamanda həmin statusa rəy verib: "Savaşçı”da Xocalı səhnəsini paylaşmayanlara bunu paylaşmaq yaraşar. Fox TV Azərbaycan fanatı deyil, Amerika kanalıdır. Onlar üçün Xocalı, Qarabağ və Azərbaycan dərdi maraqlı deyil. Əgər bu problemləri orada göstgərirlərsə, bunun bir səbəbi var. İlkin Həsəni, nə sənin, nə də ətrafının başları üçün deyil ki, mənə şapalaq kimi cavab versin. Dəfələrlə sənin "razborka”larında mən səni şapalanmaqdan qorumuşam. Uğuruma sevinib təbrik yazmayan insanların iradları mənə maraqlı deyil. Bizim fərqimiz çoxdur, həm oğlan, həm sənətçi, həm də insan kimi... Gedin, vicdanınızı qucaqlayıb yatın”. 

Daha sonra Kənan İlkinə soyüşlə cavab verməyə başlayıb. Həsəni isə Kənanı söyüş söydüyü üçün  "blok”a atdığını qeyd edib. 

Əksəriyyəti isə sözügedən qalmaqalın qurama olduğunu iddia edib. 

Qeyd olunur ki, İlkin Həsəni yeni "Bombaltı”filminin premyerası ərəfəsində PR üçün belə bir addım atıb. 

 



 
/Qafqazinfo
 

OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...