Texnologİya

İlk yanacaq dolduran dronun sınaqları keçirilib

İlk yanacaq dolduran dronun sınaqları keçirilib

"Boeing" şirkəti "MQ-25 Stingray" adlı yanacaq dolduran pilotsuz uçan aparat texnologiyasını nümayiş etdirib.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, iki saat davam edən ilk uçuş İllinoys ştatının Sent-Luis şəhərinin hava məkanında keçirilib.

Avtonom sükan döndərmə sınaqlarından sonra yanacaq dolduran dron havaya qalxaraq əvvəlcə müəyyənləşdirilmiş marşrut üzrə uçub. Bundan başqa, testlərin məqsədi "Boeing" yanacaq dolduran aparatının yerüstü idarəetmə stansiyası ilə rabitə əlaqəsinin iş qabiliyyətini yoxlamaqdan ibarət olub.

Məlumata görə, iki saat sonra sınaqlar uğurla başa çatıb. "MQ-25 Stingray" yanacaq dolduran dronu dəniz aviasiyasında istifadə üçün yaradılıb. Sifariş ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən verilib və uğurlu yoxlamalardan sonra ölkə ordusu ümumi dəyəri 13 milyard dollar təşkil edən 72 aparat sifariş etmək niyyətindədir.

 

Yanacaq dolduran pilotsuz uçan aparat 930 km məsafədə 8 ton yanacaq çatdıracaq ki, bu da 4-6 qırıcını havada yanacaqla doldurmağa imkan verəcək. Bundan əlavə, "Boeing MQ-25 Stingray" dronunun füzelyajına ona kəşfiyyat və informasiya toplanılmasında iştirakda kömək edəcək qurğuların quraşdırılması planlaşdırılır.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031