İlk velosiped yolları bu ərazilərdə olacaq - AÇIQLAMA

İlk velosiped yolları bu ərazilərdə olacaq - AÇIQLAMA
 

"Bakı şəhərində 19 km-ə yaxın velosiped yollarının nəqliyyat cəhətdən əlverişliliyi artıq yekunblaşıb".

Sfera.az  xəbər verir ki, bunu "AvtoFM" radiosunda yayımlanan verilişə qonaq olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. BNA sədrinin sözlərinə görə, indi onun tikinti və layihələndirmə işi davam etdirilir: "Bu işləri biz, 5 fazaya bölmüşük. Şəhər daxilində bir yerdən başqa yerə getmək üçün velosiped istifadə etmək real nəqliyyat vasitəsi kimi fərqli anlayışdır. Orada güzgülər, qorunma metodikaları olmalıdır və velosiped sürənlər üçün rahatlıq təmin olunmalıdır. İnfrastruktur yaradıldıqdan sonra bu əməliyyatları həyata keçirə bilən xarici ölkələrdəki operatorları cəlb edəcəyik".

V. Kərimli vurğulayıb ki, ilk olaraq layihə Hökumət Evinin ətrafı, sonra Heydər Əliyev Mərkəzi və əsasən parkların ətrafında tətbiq olunacaq: "Bundan sonra 5 pilot layihə arasındakı yolların birləşdirilməsi nəzərdə tutulur. ilkin mərhələdə biz daha çox səki geniş olan yerlərdə velosiped yollarını tətbiq edirik ki, yolun hərəkət hissəsinə az təsir etsin. İnsanlar bu vərdişə öyrəşdikcə artıq onu bir az da yol istiqamətinə çıxaracağıq".


OXŞAR XƏBƏRLƏR