\"İlk gündə 40 hərbçi itirdik\" — Aprel döyüşlərində sağ qalan erməni hərbçinin etirafı + VİDEO

\

Ermənistan Milli Təhlükəsizlik və Müdafiə Nazirliklərinə məxsus "Ermənistan Milli Qvardiyası" təşkilatının üzvlərindən olan Arşak Zakaryan erməni KİV-də və sosial şəbəkələrdəki hesabından 2016-cı ilin aprel ayında baş verən döyüşlər və itkilər barədə yazılar yazaraq Ermənistanın itkilərini ört basdır etməyə çalışır.

Ölkə.Az xəbər verir ki, Ermənistan KİV-lərində yayılmış bir reportajda erməni hərbi qulluqçuları 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə itirdikləri canlı qüvvə və texnikaları özləri etiraf edirlər. Belə ki, hazırlanmış reportajda ermənilərin canlı qüvvə baxımından Azərbaycandan dəfələrlə zəif olması və Azərbaycanın sarsıdıcı zərbəsi nəticəsində çoxlu tələfatın olmasından bəhs olunur. Erməni zabit mayor Edqar Martirosyan Azərbaycan tanklarının onların əsgər saylarından çox olduğunu etiraf edir.

Aprel döyüşünün ilk günündə qırx nəfərə qədər erməni hərbi qulluqçunun öldüyünü bildirən əsgər Narek Nikoğosyan özünün döyüş postunda yeganə sağ qalan əsgər olduğunu bildirir. N.Nikoğosyan qeyd edir ki, atılan mərmilərin sayı o qədər çox idi ki, yerimizdən tərpənə bilmirdik və ilk dəqiqələrdə artıq hərkəs öləcəyini bilirdi.

Aprel döyüşünün digər iştirakçısı əsgər Arman Kirakosyan isə bütün əsgər yoldaşlarının yaralanaraq məhv olduğunu, onlardan yalnız iki nəfərin sağ qaldığını bildirir.

Həmçinin video sujetdə aprel döyüşləri vaxtı ölən erməni hərbi qulluqçularının bir hissəsinin adları və şəkilləri göstərilir, onlar haqqında danışılır.

Qeyd edək ki, "Ermənistan Milli Qvardiyası" adlı təşkilatın daxilində, əslində isə Ermənistan təhlükəsizlik orqanları üçün çalışaraq yalan xəbərlər yayan Arsak Zakaryan, Hrand Toxadyan, Vardan Xaçatryan, Areq Nazaryan, Haryur Hambarçyan, Artur Xocabağyan və Davit Paryan nə qədər gerçəkləri gizlətməyə çalışsalar da, həqiqət sonunda belə üzə çıxır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...