İlin ikinci yarısında Neft Fondunun aktivləri azalacaq - TƏHLİL

İlin ikinci yarısında Neft Fondunun aktivləri azalacaq - TƏHLİL

2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması ilə əlaqədarq Dövlət Neft Fondundanbüdcəyə transfertlərin artması nəzərdə tutulur. Hazırda qüvvədə olan büdcə qanununa əsasən, Neft Fondundan dövlət büdcəsinə 11,35 milyard manat (6,676 milyard dollar) transfert edilməlidir. Amma yeni layihədə transfertin məbləğinin 850 milyon manat və ya 7,5 faiz artırılaraq 12,2 milyard manata (7,176 milyard dollar) çatdırılması planlaşdırılır.


Sfera.az xatırladır ki, hazırda Azərbaycanın ixrac etdiyi neftin qiyməti proqnozlaşdırılan qiymətdən (55 dollar) aşağıdır. 2020-ci ilin birinci yarısının məlumatına əsasən, ixrac olunan mənfəət neftinin orta qiyməti 38,7 dollar olub. İlin ikinci yarısında da neftin orta qiymətinin aşağı olacağı təxmin edilir. Hökumət güman edir ki, 2020-ci ildə neftin orta qiyməti 35 dollar ətrafında olacaq. Bu qiymətlə Dövlət Neft Fondunun illik gəlirləri 7,342 milyard manat, o cümlədən mənfəət neftinin və qazın satışından daxilolmalar 6,546 milyard manat, bonus ödənişləri 767,77 milyard manat, tranzit gəlirləri 21 milyard manat, akrhesablı ödənişlər 6,75 milyon manat təşkil edəcək.

 

Xərcləri isə 12,41 milyard manat olacaq. Xərclərin 12,2 milyard manatı dövlət büdcəsinə transfert, 200 milyon manatı məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə, 10 milyon manatı "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldiləcək. Neft Fondunun büdcəsində 5,067 milyard manat kəsir proqnozlaşdırılır.

 

Bəs, neftin aşağı qiymət fonunda dövlət büdcəsinə transfertin artırılması Azərbaycanın strateji valyuta ehtiyatlarına necə təsir edəcək?


Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban transfertlərin həcminin artmasından sonra ilin ikinci yarısında Neft Fondunun aktivlərinin azalacağını güman edir. Amma o azalmanın əvvəllər proqnozlaşdırıldığı kimi çox olacağına inanmır.

 

"Neft Fondunun gəlirlərində neftin proqnoz qiymətinin 35 dollara salınması onun cari gəlirlərinin azalmasına səbəb olacaq. Bu proqnoz özünü doğruldacaqsa, o halda aktivlər azala bilər”, - deyən ekspert bildirdi ki, neft qiymətləri ilə bağlı beynəlxalq təşkilatların proqnozları bir qədər yaxşılaşıb. Onun sözlərinə görə, proqnozların yaxşılaşması aktivlərin daha çox azalması ehtimalını zəiflədir: "Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Enerji Agentliyinin və Dünya Bankının iyunda açıqladığı proqnoza əsasən Brent markalı neftin orta qiyməti 39-40,5 dollar olacaq. Aprel və mayda verilən proqnozda qiymət 35 dollar göstərilmişdi. Mən də hesab edirəm ki, ikinci yarımildə olan qiymətlər birinci yarımildə olan qiymətdən aşağı olmayacaq. Xüsusən ikinci rüb kimi mürəkkəb, aşağı qiymətlərin təkrar olunması ehtimalı çox aşağıdır. Belə bir fonda 35 dollardan götürülməsi məqbuldur.

 

Neft Fondunun birinci yarımildə büdcə gəlirlərində kəsir yarandı. Lakin aktivlərdə azalma olmadı. Birinci yarımildə Fondun büdcə gəlirləri 4,915 milyard manat, büdcə xərcləri 5,8 milyard manat təşkil edib. Aktivlərin həcmi isə cəmi 100 milyon dollar azaldı. Bunun əsas səbəbi qızılın bahalaşması oldu. Neft Fondunun aktivlərinin 13,6 faizi qızılda saxlanılır. Qızılın qiyməti birinci yarımildə xeyli artıb. Qızılın bahalaşması cari büdcədəki kəsiri kompensasiya etdi. Bundan başqa başqa valyutalarda da saxlanılır. Avroda olan aktivlər 20 faizdən çoxdur. Birinci yarımildə avro bahalaşdığından aktivlər də artdı”.

 

İ.Şaban güman edir ki, ilin ikinci yarısında transfertin artması Neft Fondunun aktivlərinin azalma ehtimalını saxlayır: "Mənim ilin əvvəlində gözləntim belə idi ki, Fondun aktivləri 43,3 milyard dollardan 40 milyard dollara qədər düşərsə, bu, bizim üçün qələbə idi. İndiki dövrdə Neft Fondundan pul xərcləməyə məcburuq. Xərcləmələr hesabına iqtisadiyyatın çox zəifləməsinin qarşısı alınacaq və növbəti ildə inkişaf üçün əsas olacaq”.

 

 

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...

Tayvanda yenidən zəlzələ oldu

Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....