Maqazİn

İlhamə Quliyevanın tibbi ekspertizanın yekun nəticələri açıqlandı

İlhamə Quliyevanın tibbi ekspertizanın yekun nəticələri açıqlandı
Xalq artisti İlhamə Quliyevanın ölümü bağlı təyin olunmuş tibbi ekspertizanın yekun nəticələri məlum olub.
Sfera.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aparılan kimyəvi və toksikoloji ekspertizaların nəticələrinə görə, xalq artistinin zəhərlənməsinə dair iddialar öz təsdiqini tapmayıb.
İlkin müayinələrlə müəyyən edildiyi kimi, xalq artistinin ölümünə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.
Qeyd edək ki, İ. Quliyeva fevralın 25-də saat 12:30 radələrində yaşadığı evdə vəfat edib. Onun oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün kimyəvi və toksikoloji ekspertizalar təyin olunub.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031