İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı, həbs səbəbindən danışdı — EKSKLÜZİV AÇIQLAMA

İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı, həbs səbəbindən danışdı — EKSKLÜZİV AÇIQLAMA
 Sfera.az Ölkə.az-dan aldığı eksklüziv məlumatına görə o, bir neçə saat öncə azad edilib. Nadirov saytımıza açıqlamasında bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət edilsə də, məsuliyyətsizlik edərək getməyib:

"Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı. Qanun qarşısında hamımız bərabərik. İki sutka dörd saat əvvəl tamam oldu, hazırda evimdəyəm", - deyə O.Nadirov bildirib.
Qeyd edək ki, Orxan Nadirovun həbs xəbərinin yayılmasından sonra  həyat yoldaşı Arifə Nadirova "Ölkə.Az"- a açıqlamasında bunun həqiqəti əks etdirmədiyini, onun rayonda olduğunu bildirmiş, lakin DİN O.Nadirovun saxlanıldığı məlumatını təsdiqləmişdi.



OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...