İlhamə Quliyevanın baş daşına sahib çıxan yoxdur

İlhamə Quliyevanın baş daşına sahib çıxan yoxdur

 

Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın 40 mərasiminə az müddət qalıb. Lakin mərhumun baş daşının qoyulması ətrafında qalmaqal yaranıb.

Sfera.az-ın məlumatıan görə, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov cebhe.info-ya açıqlama verərək bildirib ki, İ.Quliyevanın qəbir daşının hazırlanması üçün sifariş verilib: 

"Bunu Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmışıq. Bütün maddi vəsait dövlət tərəfindən qarşılanacaq. Xalq artistinin ailəsi isə bununla bağlı bizə heç bir sifariş verməyib. Biz də ümumi standartlara uyğun olaraq mərhum Xalq artisti üçün qəbir daşı hazırlatdıracağıq. Artıq bütün işlər yekunlaşmaq üzrədir. Bir həftə ərzində qəbir daşı qoyulacaq”.

Mədəniyyət və Turizm Nazirliyindən isə AzNews.az-a verilən açıqlama isə S.Həsənovun dediklərini təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi qəbirüstü abidənin qoyulması məsələsi ilə məşğul olmur: 

"Xalq artisti, mərhum İlhamə Quliyevanın qəbir daşının hazırlanmasının nazirliyə aidiyyəti yoxdur. Bu işlə Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti məşğul olur. Bu, həmişə belə olub”.

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyib.

 


OXŞAR XƏBƏRLƏR