İlham Əliyevin qəzəbinə tuş gələn o heykəl söküldü - TƏFƏRRÜAT

İlham Əliyevin qəzəbinə tuş gələn o heykəl söküldü - TƏFƏRRÜAT
 

Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində faşist Qaregin Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsi sökülüb.

Bu haqda millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov Rusiyanın "Cənub xəbərlər agentliyi” saytına açıqlamasında deyib.

"Armavirdə Njdenin xatirə lövhəsi ilə bağlı situasiya özünün məntiqi sonluğuna çatdı. Bu, Böyük Vətən müharibəsini unutmayan və onunla fəxr edən  Rusiya və Azərbaycan hakimiyyətlərinin ümumi qələbəsidir”,-Mixaylov deyib.

O, Armavirdəki erməni kilsəsinin keşişinin şəhər bələdiyyə sədrinin (mer) müavini Sergey Frolova göndərdiyi məktubun surətini də təqdim edib. Məktubda deyilir ki, şəhər merinin  müavininin Njdeyə qoyulmuş xatirə lövhəsinin sökülməsinə dair məktubuna əməl edilib, noyabrın 27-də xatirə lövhəsi sökülüb.

Mixaylov bildirib ki, SSRİ uğrunda döyüşən ermənilərə qarşı da mübarizə aparan adamın xatirə lövhəsinə Rusiyada yer ola bilməz.

Xatırladaq ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması barədə məsələni prezident İlham Əliyev MDB-nin Aşqabadda keçirilən sammiti zamanı qaldırıb. Azərbaycan dövlət başçısı deyib ki, Yerevanda faşist cəlladı və satqın Njdeyə abidə ucaldılması faşizimin təbliğidir. Bu çıxış geniş rezonans doğurub, Rusiya ictimaiyyətini hərəkətə gətirib və Njdeyə Armavirdə qoyulmuş xatirə lövhəsi də gündəmə gəlib. Bu yaxınlarda Armavir şəhər dumasının deputatı Mixail Vinoqradov Njdenin xatirə lövhəsini qara rənglə boyamışdı. Yerli sakinlər də lövhənin götürülməsini tələb edirdilər.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...