İlham Əliyevi təbrik etdilər

İlham Əliyevi təbrik etdilər
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:


Hörmətli İlham Heydər oğlu.


Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.
Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.
Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm.


***
Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:


Hörmətli cənab Prezident.


Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməyi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.
Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İqtisadiyyat, ticarət, humanitar və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. "Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib.
Mən dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İki ölkənin xalqlarının rifahı naminə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa əsaslanan əməkdaşlığın dərinləşməsi üçün Sizinlə birlikdə səy göstərmək istəyirəm.
Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.


***
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:


Hörmətli İlham Heydər oğlu.


Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.
Ümidvaram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm.


***
Ukraynanın Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Məktubda deyilir:


Zati-aliləri.


Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Aramızda qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirirəm. Əminəm ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək.
Qəti əminəm ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi və dost Azərbaycan xalqının səadəti uğrunda dövlət başçısı vəzifəsində fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...