İlham Əliyev yeni Sənaye Parkının açılışında
11:47 / 22.09.2017
1275
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.
Sfera.az xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verib.
Dövlət başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış olub.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Azərbaycan Prezidenti Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.
Sfera.az