İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında

İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Sfera.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisində yaradılan şəraitlə tanış olublar.


Məlumat verilib ki, burada 1026 ailəlik 108 birotaqlı, 396 ikiotaqlı, 360 üçotaqlı, 162 dördotaqlı olmaqla 11 ikibloklu doqquzmərtəbəli yaşayış binası inşa olunub.

Dövlət başçısı və xanımı mənzillərə baxıblar.

Sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilmiş 344 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, 220 yerlik ikimərtəbəli uşaq bağçası bütün lazımi avadanlıqla tam təchiz edilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 32 nömrəli köçkün tam orta məktəbində yaradılan şəraitlə də tanış olublar.


Məktəblə tanışlıqdan sonra dövlət başçısı məcburi köçkünlərlə görüşüb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...