İlham Əliyev və xanımı 20 nömrəli məktəbin açılışında
10:39 / 15.09.2017
1266
Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.
Sfera.az