İlham Əliyev Ruhanini təbrik etdi

İlham Əliyev Ruhanini təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb və uğurlar arzulayıb. İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib.

Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə İlham Əliyevə minnətdarlığını çatdırıb və əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlət başçıları ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR