İlham Əliyev Qarabağ separatçılarını danışıqlar masasına buraxmadı

İlham Əliyev Qarabağ separatçılarını danışıqlar masasına buraxmadı
Dağlıq Qarabağda hökm sürən separatik rejimin nümayəndələri Vyanada keçirilən görüşdə Azərbaycan tərəfinin etirazına görə iştirak etməyiblər.

u haqda jurnalistlərə Ermənistanın hakim "Respublika" partiyasının deputatı Artak Davtyan deyib. 

Deputat qeyd edib ki, Ermənistan tərəfi Qarabağın da danışıqlarda iştirak etməsini istəyir. Amma İlham Əliyevin irəli sürdüyü şərtlərə görə, separatçıların nümayəndəsi danışıqlarda iştirak etməyib. 

Davtyanın sözlərinə görə, Vyanada bu görüşün baş tutması üçün Bakının mövqeyi nəzərə alınmalı idi. "Əgər Bakının mövqeyi nəzərə alınmasıydı, bu görüş baş tutmaya bilərdi və biz bu haqda əvvəlcədən məlumatlandırılmışdıq".
İlham Əliyev Qarabağ separatçılarını danışıqlar masasına buraxmadı

Prezidentlər arasında görüş mayın 16-da baş tutub. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutub. Serj Sarkisyan və İlham Əliyevin görüşündə ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib. Görüş iki saatdan artıq davam edib.

Gələn ay isə Qarabağın yekun həlli üçün danışıqlara başlanacaq.

Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər.

Tərəflər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikası rəhbəri Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər./anspress/

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...