İlham Əliyev prezidentə başsağlığı verdi
Siyasət
09:30 / 09.09.2017
1217
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya başsağlığı verib.
Sfera.az xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.
Başsağlığında deyilir:
"Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Sfera.az