İlham Əliyev: "Prezident seçkilərinin keçirilmə vaxtını dəyişmək niyyətimiz yoxdur" - YENİLƏNİB - FOTO

İlham Əliyev:

17:06

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Konstitusiyaya dəyişikliklərdən sonra ölkədə yeni, növbədənkənar prezident seçkilərinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

Sfera.az bildirir ki, "Prezident seçkilərinin vaxtı dəyişəcəkmi və siz seçkilərə gedəcəksizmi?" sualına sputnik-ə müsahibəsində İlham Əliyev belə cavab verib: "Bizim prezident seçkilərinin keçirilmə vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bu barədə Azərbaycanda və onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyini bilirəm. Belə bir planımız yoxdur, mən buna ehtiyac da görmürəm".

"Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəlincə, növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticələrə gəlmək və qərar vermək üçün hələ kifayət qədər vaxtımız var. Əgər o vaxt xalqın dəstəyini bu gün olduğu kimi hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam", - dövlət başçısı qeyd edib.

-----------------

17.10.2016

17:49

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dmitri Kiselyovun - "Sputnik" Beynəlxalq İnformasiya Agentliyinin suallarına cavab verib.


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...