İlham Əliyev Pakistan nümayəndə heyətini qəbul etdi - FOTO

İlham Əliyev Pakistan nümayəndə heyətini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az xəbər verir ki, Pakistan Milli Assambleyasının sədri Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin və Baş nazir İmran Xanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.

Prezident İlham Əliyev Pakistan Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Arif Alvinə və İmran Xana çatdırmağı xahiş etdi.

Milli Assambleyasının sədri dövlətimizin başçısını 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edərək Pakistan xalqının bu Zəfəri Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyini dedi.

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından önəmi qeyd edildi. Həmçinin Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyəti vurğulandı, bu görüşün qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət etdiyi vurğulandı, Pakistan və Azərbaycanın bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələr olduğu bildirildi.

Görüşdə İkinci Qarabağ müharibəsi zamanı Pakistanın dəstəyinə görə minnətdarlıq ifadə edildi, müharibənin ilk günlərindən dost ölkənin rəhbərliyinin Azərbaycanı dəstəklədiyi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı önəmli bəyanatlar verdiyi qeyd olundu.

Söhbət zamanı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədikləri vurğulandı. Prezident İlham Əliyev Pakistana səfərini məmnunluqla xatırladaraq əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi.

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin Şuşaya edəcəyi səfərin əhəmiyyətinə toxunuldu və bu, ölkələrimiz arasında münasibətlərin inkişafının bariz nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafı məmnunluqla qeyd edildi.

13:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyanın sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

 

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...