İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib

İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib
Prezident İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Sfera.az verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı, bərpa olunan enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturunun, xüsusilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycan-Avropa əməkdaşlığına toxunulub, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub.

Rene Van der Linden Azərbaycanın sabit bir ölkə kimi regionda çox nuhum bir dövlət olmasının əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olunub, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

İrandan İsrailə SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...

Məşhur azərbaycanlı müğənni: "Həyat yoldaşımla “TikTok”da tanış olmuşuq” - VİDEO

Bir neçə gün öncə ailə quran müğənni Xəyalə Manaflı həyat yoldaşı ilə tanışlığından danışıb.   “Qafqazinfo” xəbər verir ki, ATV telekanal...

Masazırda evdən 85 min manatlıq qızıl OĞURLANDI

Masazır qəsəbəsində evdən oğurluq edilib.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 m...

Mexikoda helikopter QƏZASI - Ölənlər var

Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentli...

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat ver...

Röya oğlunun Aygün Kazımovaya qarşı etdiyi hərəkətdən DANIŞDI: "Bunların nəslindən..."

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb.   Sfera.az olay.az-a istina...