İlham Əliyev milli olimpiya komandamızı pul mükafatı və diplomla təltif etdi - SİYAHI

İlham Əliyev milli olimpiya komandamızı pul mükafatı və diplomla təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

 

Abakarova Patimat Serajutdinovna

Axundova Larisa Viktorovna

Aliomarov Maqomed Aliomaroviç

Beigi Harchegani Milad

Çunayev Rasul Abakər oğlu

Dəvrişov Əli İsa oğlu

Əliyev Hacı Azər oğlu

Əli-Zadə Rəşad Allahverdi oğlu

Həsənov Cəbrayıl İlham oğlu

Məmmədov Anar Vahid oğlu

Məmmədov Orxan Rasim oğlu

Məmmədov Samir Telman oğlu

Radomski Alen

Radomskiy Dmitro

Sinişin Natalya

Şəriəti Sabah Saleh oğlu.

 

***

Dövlət başçısı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev "Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” da sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

- birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

Milli Olimpiya Komitəsinin maliyyə idarəsinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 
 


OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...