İlham Əliyev: \"Mən bundan sonra da çalışacağam ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirim\"

İlham Əliyev: \

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə gələrək İran İslam Respublikasının sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı İran İslam Respublikasının sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müxbirinə müsahibə verdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- İran İslam Respublikasının sabiq Prezidenti Ayətullah Haşimi Rəfsəncani cənablarının vəfatı ilə əlaqədar bütün qardaş İran xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah ona rəhmət eləsin.

Cənab Haşimi Rəfsəncani İran İslam Respublikasının inkişafında çox mühüm rol oynamışdır, böyük işlər görmüşdür, çox unudulmaz iz qoymuşdur. İran xalqı da onun xidmətlərini yüksək qiymətləndirirdi.

Ayətullah Haşimi Rəfsəncani İran-Azərbaycan əlaqələrinin inkişafında da çox fəal rol oynamışdır, bu əlaqələrin inkişafının böyük tərəfdarı idi. Mənim atam, Prezident Heydər Əliyev ilə onu çox yaxın dostuq əlaqələri bağlayırdı. Onlar - həm Prezident Heydər Əliyev, həm də Prezident Haşimi Rəfsəncani birlikdə İran-Azərbaycan əlaqələrinin təməlini qoydular. Sağlam təməl qoydular ki, bu əlaqələr dostluq, qardaşlıq şəraitində inkişaf etsin.

Mən cənab Haşimi Rəfsəncaninin Azərbaycana səfəri zamanı Prezident Heydər Əliyev ilə olan görüşləri xatırlayıram. O görüşlərin bəzilərində mən də iştirak etmişəm. Şəxsən görürdüm ki, onlar doğrudan da bir-birinə qarşı çox böyük hörmətlə yanaşırlar. Mən Prezident olandan sonra İrana etdiyim səfərlərin birində cənab Haşimi Rəfsəncani ilə Tehranda görüşmüşəm və o görüş də mənə çox gözəl təəssürat bağışlayıb.

O, doğrudan da çox böyük dövlət xadimi, müdrik siyasətçi idi. Öz xalqına çox bağlı olan bir insan idi və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüşdü. Hesab edirəm, o da sevinirdi ki, bu gün bu əlaqələr ən yüksək zirvədədir.

Mən bundan sonra da çalışacağam ki, hörmətli həmkarım cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirim.

Allah rəhmət eləsin.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...